“Gənclərin karyera inkişafı və yüksəlişi” mövzusunda görüş baş tutub.
Azadmedia.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi və Masallı Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin idarə heyətinin sədri, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru, “Böyük Qayıdış” MMC-nin təsisçisi Emin Əliyev ilə gənclərin görüşü təşkil olunub.

Diskussiya formatında keçən görüş zamanı Emin Əliyev gənclərə İsrail, Yaponiya, Almaniya kimi ölkələrdə aldığı təhsildən, həyata keçirdiyi layihələrdən, karyerasından geniş danışıb, gənclərə tövsiyələrini verib, ünvanlanan sualları cavablandırıb.