Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində terrorçu PKK tərəfdarları Türkiyədə zəlzələ qurbanları üçün toplanan humanitar yardımı yandırıblar.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum fevralın 13-nə keçən gecə baş verib, 30 yanğınsöndürən yanğını söndürüb. Toplanan bütün yardımlar yanğın zamanı məhv olub.
“Hazırda yanğının səbəbləri barədə heç nə deyə bilmərik. Kamera görüntüləri öyrənilir. Kadrlarda iki nəfərin Türkiyə bayrağını necə çıxarıb alovun içinə atdığını görürük”, - deyə yerli polisin nümayəndəsi bildirib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.