Almaniyanın Hamburq şəhərində “Hamburger Rail Service” (HRS) dəmir yolu şirkətinin sahibi və baş direktoru Qaziantepli Adem Gülaz ölkənin müxtəlif şəhərlərindən zəlzələdən zərərçəkənlər üçün toplanan yardımı Türkiyəyə çatdırmaq üçün Almaniyadan 18 vaqon və Avstriyadan qatar icarəyə götürüb.
Yardım Hamburqdan Gülaza məxsus "Elif" adlı lokomotivlə yola salınarkən, Avstriyada ediləcək dəyişikliklə qatarla Türkiyəyə aparılacaq.
Azadmedia.az xarici KİV-ə istinadən bildirir ki, Fevralın 6-da Türkiyədə baş verən və indiyədək 35 min 418 nəfərin ölümünə səbəb olan zəlzələlərdən sonra Avropa türkləri səfərbərliklərini davam etdirirlər. Almaniyanın Hamburq şəhərində yerləşən Hamburger Rail Service (HRS) dəmir yolu şirkətinin sahibi və baş meneceri olan Qaziantepli Adem Gülaz geyim, dərman, tibbi ləvazimat, çarpayı, generator kimi təcili yardımların Türkiyəyə daşınması üçün Almaniyadan 18 vaqon icarəyə götürüb.
Beynəlxalq Demokratlar Birliyinin başlatdığı və 16 dərnəyin dəstəyi ilə həyata keçirilən yardım kampaniyasında ilk günlərdə Türkiyəyə onlarla TIR yardımı göndərilərkən, Gülaz, yük maşını ilə yardım göndərməyin daha bahalı olduğunu və daha uzun sürdüyünü bildirdi, həmçinin yük maşınları tapmaqda çətinlik çəkdiklərini, 40-50 yük maşınının daşıya biləcəyi yardımı bir anda bunlarla daha rahat çatdıra bildiklərini, həmçinin bölgəyə vaxtında göndərə bilmək üçün belə bir yola əl atdığını bildirib.
Yardımın Hamburqdan Edirnəyə qatarla daşınmasının dəyərinin təxminən 150 min avro olduğunu ifadə edən Gülaz, “Bütün bunları öz üzərimizə götürdük. Kömək edənlər var idi. Avstriyanın dövlət dəmir yolları kömək edib. Onlar Pasaudan etibarən qatarı aparacaqlar.(Avstriya-Almaniya sərhədi)Birbaşa Edirnədə Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarına veriləcək” - dedi.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.