AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yüksəliş” müsabiqəsinin səyyar briqadası Masallı rayonunda səfərdə olacaq - Eksklüziv

  • + A
  • - A
  • 17-02-2023, 12:15

    “Yüksəliş” müsabiqəsinin səyyar briqadası Masallı rayonunda  səfərdə olacaq -

    Azadmedia.az - 24 fevral 2023-cü il saat 14:00-16:00 da “Yüksəliş” müsabiqəsinin səyyar briqadası Masallı rayonunda səfərdə olacaq.

    Qeydiyyat “Masallı Gənclər Evi” SXM-də baş tutacaq.
    “Yüksəliş” müsabiqəsi haqqında ətraflı məlumat veriləcək və iştirakçıları maraqlandıran suallara cavab veriləcəkdir.

    YÜKSƏLİŞ — istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Kadr ehtiyatının inkişafı proqramında iştirak edin, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazanın.

    Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı meyarlara uyğun gəlməlidirlər:

    • Yaş: 21-51;
    •Təhsil: Ali;
    •Vətəndaşlıq: Azərbaycan Respublikası;
    •Təcrübə: Mülkiyyət formasından asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəsi.


    Əlavə məlumat üçün, qaynar xətt nömrəsi 1820 Səyyar briqadası ilə görüşə qeydiyyat üçün əlaqə nömrəsi: 051-465-75-82

    “Yüksəliş”ə qatılaraq 1 illik fərdi inkişaf planı və bacarıqlarını artırmaq üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək 20 qalibdən biri ol!

    Müsabiqə üçün yaradılmış sistemin xüsusiyyətlərinə əsasən kompüterlə yanaşı, smartfon və planşet vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür.

    POTENSİALINIZA GÜVƏNİN,
    GƏLƏCƏYİNİZİ QURANLARDAN OLUN!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR