Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 124289,3 min manat və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox vəsait yönəldilmişdir.
İstifadə olunmuş vəsaitlərin 98230,0 min manatı və ya 79,0 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 92,0 faizini tikinti-quraşdırma işləri təşkil edir.
Tikinti-quraşdırma işləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə artaraq 114394,6 min manat olmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 19,8 faizini dövlət sektoru, 80,2 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.