AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda kənd təsərrüfatı məhsullarının ümumi buraxılışı 2.9 faiz artmışdır - Statistika

  • + A
  • - A
  • 30-01-2023, 13:27

    Masallı rayonunda kənd təsərrüfatı məhsullarının ümumi buraxılışı 2.9 faiz artmışdır - Statistika


    Masallı rayonunda kənd təsərrüfatı məhsullarının ümumi buraxılışı 2.9 faiz artmışdır.

    Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumata görə, verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artaraq 170101,3 min manat təşkil etmişdir ki, onun da 83623,5 min manatı və ya 49,2 faizi bitkiçilik, 86477,8 min manatı və ya 50,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

    Kənd təsərrüfatının ümumi məhsulunun strukturu, faizlə

    Paxlalı bitkilərin 2022-ci ilin yanvar-dekabr aylarında 598,2 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr aylarında 558,0 hektar) 1440,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 79,7 ton və ya 5,9 faiz çoxdur. Qarğıdalı bitkisinin 2022-ci ilin yanvar-dekabr aylarında 62,0 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr aylarında 59,5 hektar) 205,8 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 ton və ya 4,2 faiz çoxdur. Kartofun 2022-ci ilin yanvar-dekabr aylarında 900,0 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr ayında 893,6 hektar) 15695,2 ton məhsul götürülmüş bu da ötən ilin müvafiq dövrünə nisbətən 164,0 ton və ya 1,1 faiz çoxdur. Çəltiyin 2022-ci ilin yanvar-dekabr aylarında 220,9 hektar əkin sahəsindən 781,9 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövründən 77,4 ton və ya 9,0 faiz azdır. Tərəvəz bitkilərinin 2022-ci ilin yanvar-dekabr aylarında 2025,5 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr aylarında 2001,3 hektar) 56611,7 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 906,9 ton və ya 1,6 faiz çoxdur. Bostan bitkilərinin 2022-ci ilin ilin yanvar-dekabr aylarında 311,7 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr aylarında 317,2 hektar) 4538,0 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,0 ton və ya 0,6 faiz azdır. Texniki bitkilərin 2022-ci ilin yanvar-dekabr aylarında 85,2 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr ayında 132,2 hektar) 141,6 ton məhsul götürülmüş bu da ötən ilin müvafiq dövrünə nisbətən 45,9 ton və ya 24,5 faiz azdır. Yaşıl çay yarpağı 2022-ci ilin yanvar-dekabr aylarında 132,9 hektar sahədən (2021-ci ilin yanvar-dekabr aylarında 130,2 ) 12,9 ton məhsul yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 ton və ya 16,8 faiz azdır.

    Meyvə və giləmeyvələr 2022-ci ilin yanvar-dekabr aylarında 842,6 hektar əkin sahəsindən (2021-ci ilin yanvar-dekabr aylarında 790,0 hektar) 4806,2 ton məhsul götürülmüşdür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 439,8 ton və ya 10,1 faiz çoxdur.
    2022-ci ilin yanvar-dekabr aylarında 17366 hektar sahə şumlanmışdır. Bu da ötən ilin müvafiq dövründən 0,7 faiz çoxdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR