Deputat Məşhur Məmmədov Masallı rayonu Yeni Azərbaycan Partiyasının binasında vətəndaşları qəbul edib.
Ənənəyə sadiq olaraq hər həftə sonu olduğu kimi bu ayın son həftəsi də seçicilərin qəbulu ilə başa vurulub.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonu Yeni Azərbaycan Partiyasının binasında təşkil edilən qəbulda Deputat Məşhur Məmmədovla bərabər, Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Qəşəm Hadıyev, köməkçiləri - Əli Nağıyev, Hekayət Nəzərov və Rəmzi Şahverdiyev iştirak ediblər.
Belə ki, 20 nəfər vətəndaşın müraciətinə baxılıb.
Nəzərinizə çatdıraq ki, qəbulda müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak edib.
Müraciətlərin əsas hisssəsində işlə təminat, məşğulluq, təhsil, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər kimi problemlər yer alıb. Həmçinin qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb.
Qeyd edək ki, qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyatı orqanlara yönləndirilib.