AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

D vitamini ilə demans arasında əlaqə varmı? - ARAŞDIRMA

  • + A
  • - A
  • 3-03-2023, 14:19

    D vitamini ilə demans arasında əlaqə varmı? -



    Bakı, 3 mart — Azadmedia.az

    Demans və ya xalq arasında bilindiyi kimi demensiya, son illərdə sürətlə artan və dünyanı gözləyən ən əhəmiyyətli sağlamlıq problemlərindən biridir.

    Kanada və İngiltərədən olan tədqiqatçılar demansla bağlı mühüm araşdırma aparıblar.

    Araşdırmada D vitamini çatışmazlığı ilə demans arasında əlaqə olduğu qənaətinə gəlindi.

    D vitamini çatışmazlığı bir çox xəstəliklərlə əlaqələndirilir. Beləliklə, demensiya ilə əlaqə varmı?

    Kanada və İngiltərədən olan tədqiqatçılar bu suala cavab axtarıblar. Tədqiqatda 12 minə yaxın iştirakçı 10 il ərzində müşahidə olunub. Tədqiqat nəticəsində D vitamini əlavələri qəbul edən insanların demans riski yüzdə 40 daha az olub. Hətda orta yaşı 71 olan iştirakçılara tədqiqata daxil olduqda demens diaqnozu qoyulmayıb.

    Araşdırma nəticəsində müəyyən edilib ki, iştirakçılardan 2696 nəfərində 10 il ərzində demans inkişaf edib. Məlum olub ki, bu qrupdakı 2177 nəfər demans diaqnozu qoyulana qədər heç vaxt D vitamini əlavələri qəbul etməyib, 679 nəfər isə çox az əlavə qəbul edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR