“Nizaminin türk olmadığı iddiası əsassız və absurddur.”
Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran İslam Respublikasinın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin guya “İran şəhəri” olduğunu iddia edib.
Kənani Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi təqdim edərək onun milli mənsubiyyət məsələsinə toxunub.
Bununla əlaqədar olaraq, Azadmedia.az
Nizaminin milli mənsubiyyəti ilə bağlı şərq dilləri üzrə mütəxəssis, şərqşünas-yazar, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadənin məsələyə münasibətini öyrəndi.
Şərşünas yazar məsələyə münasibət bidirərkən bunları qeyd edib:
“Maraqlıdır ki, dünyanın heç bir yerində, eləcə də indiki İran İslam Respubliaksında Gəncə adlı şəhər yoxdur. Dünyada bir tarixi Gəncə adlı şəhər var, o da Azərbaycan respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhəridir. Dahi şair Nizami Gəncəvinin məqbərəsi də Gəncədədir. Lakin təəssüf ki, İran tərəfi uzun illərdir ki, Nizami Gəncəvini İran şairi kimi təqdim edir. Buna səbəb isə şairin fars dilində yazıb yaratmasıdır. Ona qalsa, Məhmməd Füzulinin, İmadəddin Nəsiminin də fars dilində yazılmış əsərləri var. İndi deyə bilərlərmi Füzuli və Nəsimi də fars şairidir? Nizami Gəncəvi Xəmsəsində özünü Gəncə şəhərindən olduğunu, milliyyətcə türk olduğunu dəfələrlə vurğulayır. Onlardan sadəcə ikisini təqdim edirəm. Məsələn, İskəndərnamədə şair yazır:
نهان مرا آشکارا برند
ز گنجه است اگر تا بخارا برند
“Mənim gizlinlərimi ki, açıq-aşkar oğurlayırlar,
Onları Buxaraya qədər aparsalar da, Gəncədəndir”
Bunun kimi neçə -neçə sübutlar var. Lakin Nizaminin İranlı fars olduğunu iddia edənlər, bu kimi faktları görmür və ya görmək istəmirlər.
Nizaminin türk olduğu ilə bağlı yenə də Xəmsədə açıq-aşkar dəlil var. Belə ki, Nizami Məhinbanunun dili ilə öz yaratdığı obrazla danışır və ona deyir ki, Xosrovun qarşısında çəkinmə,dik dur. Xosrov əgər Keyxosrov nəslinəndirsə, biz də Əfrasiyabın nəslindənik.
گر او ماهست ما نیز آفتابیم
و گر کیخسرو است افراسیابیم
Əgər o aydırsa, biz günəşik
Əgər o Keyxosrovdursa, biz Əfrasiyabıq.
Əfrasiyaba gəlincə isə onun kimliyi bizə Nizamidə öncə yaşayıb yaratmış Firdovsinin Şahnaməsində türklərin babası olaraq görürük. Yəni Əfrasiyab nəslindən olmaq Turan hökmdarı olmaq deməkdir.
Beləliklə Nizaminin Gəncədən başqa bir şəhərdən və türk olmadığı iddiası tamamilə əsassız və absurddur.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.