İsrailin xarici işlər naziri Eli Koen apreldə Azərbaycana səfər edəcək. Azadmedia.az.xəbər verir ki, o, bunu bu gün Təl-Əvivdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib.
“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana gələcək”, - deyən Eli Koen İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu bildirib.
"İsrail Azərbaycanla iqtisadi, texnoloji və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün bütün səylərini göstərəcək", - XİN rəhbəri bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.