AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın İsraildə səfirliyi açıldı - Tarixi gün!

  • + A
  • - A
  • 29-03-2023, 19:03

    Azərbaycanın İsraildə səfirliyi açıldı - Tarixi gün!


    İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen iştirak edib.

    Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.

    Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

    Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR