AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prof. İbrahim Cəfərov - “31 Mart Soyqırımının 100 illik yubileyi” - ÖZƏL

  • + A
  • - A
  • 30-03-2023, 23:50

    Prof. İbrahim Cəfərov -  “31 Mart Soyqırımının 100 illik yubileyi” -



    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü

    “31 Mart Soyqırımının 100 illik yubileyi”

    Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

     Bəli, bəşər tarixinin ən qanlı faciələrdən biridir 31 mart soyqırımı. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, eyni zamanda, bəşər tarixində də dəhşətli faciələrdən biridir. Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğındır.

    Həmin dövrdə əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Həmçinin milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, bununla yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla reallaşdırıldı. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdıldı, məhv edildi.

    Təəssüf ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin dəhşətli səhnələri üzə çıxır. Bəli, təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
     
    Elə bu minvalla, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına nəzər salaq, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

    Əslində tarixdə çox döyüşlər, müharibələr olub. Lakin bu müharibələrin törədilməsinin başlıca səbəbləri hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, və s. olub. Ancaq bu müharibələrdən ən dəhşətlisi isə hər hansı  bir millətin, xalqın kökünü kəsmək, vandalizm törətmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir. Elə mənfur Ermənistanın uzun illərdir etdiyi kimi. Məhz, ən pisi də odur ki, soyqırımları, faciələri törədənin özü ustalıqla maskalanır, öz vəhşiliyini ört-basdır edə bilir. Həmçinin dünya ictimaiyyətini çaş-başa salır, əsrlərlə öz məkrli siyasətini yürüdür.

    Qeyd edim ki, dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar, faciələr törədənlərin önündə getmiş, bu gün də getməkdədir. Lakin Haqq da ədalətin yanındadır hər zaman.

    Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Mənfur Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR