Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbül oğlu cümə günü keçirilən görüşdə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə ediblər.
“Söhbət zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı cari məsələlər nəzərdən keçirilib”, - Rusiya XİN-in məlumatında deyilir.
Azadmedia.az Rusiya XİN-ə istinadən xəbər verir ki, bundan əlavə, müzakirədə bir sıra aktual regional məsələlərə, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderləri arasında üçtərəfli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə də toxunulacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.