AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ

  • + A
  • - A
  • 1-04-2023, 13:12

    Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ


    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.

    Azərbaycan XİN sözçüsü bu barədə "Twitter" hesabında paylaşım edib. "Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər", - paylaşımda deyilir.

    Qeyd edək ki, İran XİN sözçüsü "Twitter" hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR