AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan XİN: 2020-ci ilin noyabr ayından Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində 50 azərbaycanlı həlak olub

  • + A
  • - A
  • 3-04-2023, 01:20

    Azərbaycan XİN: 2020-ci ilin noyabr ayından Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində 50 azərbaycanlı həlak olub

    Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruz Niftəliyevin işğaldan azad edilmiş ərazilərdə minanın partlaması nəticəsində həlak olması ilə bağlı məlumat yayıb. Azasmedia.az məlumatı təqdim edir:

    “Azərbaycanlılar Ermənistanın yerləşdirdiyi minalar nəticəsində ölməkdə və şikəst olmaqda davam edir. Bu gün minanın partlaması nəticəsində bir əsgər həlak olub. 2020-ci il müharibəsi başa çatdıqdan sonra (10 noyabr 2020-ci ildən) 288 azərbaycanlı minalara məruz qalıb, onlardan 50-si həlak olub. Beynəlxalq ictimaiyyət Ermənistanın yerləşdirdiyi mina təhlükəsi ilə bağlı narahatlığını bildirməlidir”, - XİN-in sosial şəbəkədə yaydığı bəyanatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR