AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir" - Komitə sədri

  • + A
  • - A
  • 4-04-2023, 11:22

    "Fazil Mustafaya atılan güllə dövlətimizə atılan güllədir" - Komitə sədri


    “Biz deputat həmkarımız Fazil Mustafaya qarşı terror aktını kəskin qınayırıq”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

    Komitə sədri bildirib ki, bu işdə əli olanların cəzalarını alması istiqamətində aidiyyəti qurumların gördüyü işlər dəstəklənir: “Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olan, eləcə də bütün bu sistemlə əməkdaşlığı olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bunu hər kəs belə qəbul etməlidir. Hər bir azərbaycanlı öz dövlətinin yanında olmalı və hamı bilməlidir ki, xaricdən idarə olunan bu şəbəkələrin məqsədləri və maraqları nədən ibarətdir”.

    Q.Paşayeva bildirib ki, terroru törədənlərin arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz: “Azərbaycan dövləti güclü dövlətdir. Dövlətimiz, xalqımız nəyin nə olduğunun yaxşı fərqindədir və terror hadisələrinin qarşısını almaq üçün bütün lazımi addımları da atacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR