Təyin olunduğu gündən bu günə qədər hər zaman Şəhid ailələrinin, qazilərin və hər bir İsmayıllı sakinin yanında olan, onlara dəstək olmağa çalışan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti təqdirəlayiq addımı ilə diqqəti cəlb edib.
“Newpost.az”ın əldə etdiyi məlumata görə, bu dəfə icra başçısı öz doğum gününü Şəhid Bədəlov Ruslanın anası Almarə ana ilə birlikdə qeyd edib. Qeyd edək, ki, Almarə Kərim qızı Bədəlova rayonun ən yaşlı şəhid anasıdır. Ruslan Maarif oğlu Bədəlov 1969-cu ildə İsmayıllı şəhərində anadan olmuşdur. 1987-1989-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1993-ci ilin noyabr ayında RHK-ya könüllü müraciət etmiş, döyüşlərdə iştirak etmək üçün cəbhə xəttinə yollanmışdır. I Qarabağ müharibəsində 1993-cü il fevral ayının 1-i Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Şəhid 1993-cü il fevral ayının 3-də İsmayıllı rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Məmur kəlməsi qulağa nə qədər uzaq, yad, təkəbbürlü biri kimi səslənsə də, Nahid Bağırovun sayəsində, bütün bu fikirlər alt-üst oldu. Bütün İsmayıllı sakinləri məhz onun sayəsində sadə, onlardan biri, ölkə rəhbərinə sadiq, işində məsuliyyətli bir insan tanıdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.