AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçın rayonunda həyata keçirilən qeyri-qanuni məskunlaşma ermənilərin müharibə cinayətidir - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 6-04-2023, 12:05

    Laçın rayonunda həyata keçirilən qeyri-qanuni məskunlaşma ermənilərin müharibə cinayətidir -



    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin qəbulu zamanı qeyd etmişdir ki, rayonun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrimizdən biridir.

    Ümümiyyətlə diqqətə almaq etmək lazımdır ki, Laçın rayonu 30 ilə yaxın bir müddətdə işğal altında olub və bu dövrdə rayonun infrastrukturu Ermənistan tərəfindən tamamilə məhv edilmişdir, ekoloji sistemə böyük ziyan vurulmuşdur. Bütövlükdə meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşələr ermənilər tərəfindən talanmışdır.

    Həmçinin işğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti həyata keçirmişlər, xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm bir neçə kəndə yerləşdirilmişlər. Bu hərəkətlər Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn fundamental normalarının kobud formada pozulmasının bariz nümünəsi olmuşdur.

    ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Laçında 8000-dək şəxs qanunsuz olaraq məskunlaşmışdır və burada beynəlxalq hüquqa zidd müəyyən işlər aparılmışdır. De jure və de facto ermənilərin Laçın rayonunda həyata keçirdikləri qanunsuz məskunlaşma əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi və işğaldan əvvəl mövcud olan status quo-nun bərpasının qarşısının alınmasına yönəldilmişdi. Bu davranış müasir beynəlxalq hüquqa əsasən müharibə cinayəti kimi tövsif edilir.

    Ümumiyyətlə münaqişə tərəflərinin beynəlxalq müqavilələrdən irəli gələn hüquqi öhdəliklərindən asılı olmayaraq, işğal altında olan ərazilərə işğalşı dövlətin öz əhalisinin yerləşdirilməsinə qadağa hamılıqla tanınan beynəlxalq adət hüququ normasıdır və Ermənistan yol verdiyi beynəlxalq hüququn ciddi pozuntularına görə məsuliyyət daşımalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR