AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Jalə Əliyeva - “Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat birmənalı olaraq Azərbaycanın suverenliyinə, beynəlxalq konvensiyalara zidd addımdır” - Özəl Açıqlama

  • + A
  • - A
  • 6-04-2023, 13:19

    Deputat Jalə Əliyeva - “Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat birmənalı olaraq Azərbaycanın suverenliyinə, beynəlxalq konvensiyalara zidd addımdır” -


    Milli Məclisin deputatı Jalə Əliyeva


    “Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat birmənalı olaraq Azərbaycanın suverenliyinə, beynəlxalq konvensiyalara zidd addımdır.”

    Bu sözləri Azadmedia.az-a özəl olaraq açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.


    Deputat bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı İranın verdiyi bəyanat birmənalı olaraq beynəlxalq hüquq normaları prizmasından yanaşıldıqda  Azərbaycanın suverenliyinə, onun həyata keçirdiyi balanslı xarici siyasətinə, beynəlxalq konvensiyalara zidd addımdır -

    “Yəni İran İslam Respublikasının növbəti təhdid edici bəyanatı bir ölkənin həyata keçirdiyi müstəqil siyasətə, digər dünya ölkələrinin daxili işlərinə qarışmama prinsipinə daban dabana zidd addımdır. Bunu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan bütün ölkələrə və öz ölkəsində yaşayan xalqlara, millətlərə qarşı dinindən, dilindən asılı olmayaraq tolerantlıq siyasəti həyata keçirir. İran İslam Respublikası isə illərdən bəri bu torpaqların əzəli sakinləri olan  azərbaycanlılara qarşı, məhz azərbaycanlı olduqları üçün  parçalama siyasəti yürüdüb, nəticədə onların  hüquqları pozulub.  Hətta  İranda baş verən son zəlzələ əsnasında belə İran rejimi azərbaycanlılara qarşı ikili standartlarla hərəkət etdilər, onların köməyinə gəlmədilər.”


    Deputat həmçinin qeyd edib ki, Eyni zamanda yaxın vaxtlarda ölkəmizdə ard-arda baş verən sui-qəsd hadisələri, təxribatlar da birmənalı olaraq İran İslam Respublikasının öz bəyanatlarını verərkən diqqətli olmasını zəruri edir. -


    “Baş verən hadisələrin hər birinin arxasında məlum rejimin məlum addımlarının izi olduğu hər kəsə bəllidir. Azərbaycanın İsraildə və ya digər bir ölkədə bütün beynəlxalq hüquq normalarına, qaydalarına uyğun bir şəkildə diplomatik missiyasını qurması ölkəmizin  hüququdur və bu hüququ birmənalı olaraq heç kəs Azərbaycanın əlindən ala bilməz.”



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR