AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda insan alverinə qarşı mübarizədə təhsilin rolu adlı tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 10-04-2023, 14:26

    Masallıda insan alverinə qarşı mübarizədə təhsilin rolu adlı tədbir keçirilib -


    İnsan alverinə qarşı mübarizədə təhsilin rolu
    Aprelin 7-də Masallı Tarix -Diyarşünaslıq Muzeyin təşəbbüsü, Ombudsman Cənub Regional Mərkəzi, Masallı Gənclər və İdman İdarəsi, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin dəstəyi ilə “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “İnsan alverinə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirildi.

    Ə. Mirzəyev adına Qızılavar kənd tam orta məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri iştirak etdi.
    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva, Masallı Gənclər və İdman İdarəsi rəisi Sabiq Cahangirov, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, Ombudsman Cənub Regional Mərkəzin direktoru Ziya İşmayılov çıxış edərək insan alveri və məcburi əmək nədir ,kimlər bu alverin daha çox qurbanlarına çevrilirlər, İnsan alveri ilə məşğul olanların toruna düşməmək üçün hansı addımların atılması, dövlət səviyyəsində bu çirkin alverə qarşı hansı mübarizə tədbirləri həyata keçirildiyindən geniş danışdılar.

    Çıxışçılar qeyd etdilər bu vacib məsələ ilə mübarizə yollarının daha çox təbliğ edilməlidir ki, istər özümüz, istərsə də yaxınlarımız bu ümumbəşəri bəladan əziyyət çəkməsinlər. Bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də təhsil önə çıxır. Çünki insan alverinin qurbanlarına çevrilənlərin istisnalar olmaqla demək olar ki, hamısı təhsilsiz insanlar olduğuna görə şagirdlərə təhsilə önəm verməyi tövsiyə etdilər.
    Məktəbin direktoru Lətifə Qənbərzadə tədbir təşkilatçılarına məktəb adından təşəkkürünü ifadə edərək, cəmiyyətimizin düzgün iştiqamətləndirilməsi üçün yeniyetmə , gənclər arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyindən danışdı.

    Yekunda video slayd nümayiş olunaraq, mövzu ilə bağlı şagirdlərlə fikir mübadilələri aparıldı.








    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR