“Dünən İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması Ermənistanın beynəlxalq öhdəliklərinə hansı dərəcədə əməl etməsinin göstəricisidir. Bu hadisə bir daha təsdiq edir ki, Ermənistan hər zamankı kimi beynəlxalq hüququn tələblərini belə yerinə yetirə bilmir”.
Bu fikirləri
Azadmedia.az-a açıqlamasında Kunqfu-Sanda Dünya Çempionu Güloğlan Cabbarlı deyib.
Dünya Çempionu Güloğlan Cabbarlı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribatla bağlı öz mövqeyindən çıxış edərək bildirib ki, qədim yurdumuz olan İrəvan şəhərində açılış mərasimində Azərbaycan komandası anons edilərkən yerli azarkeşlər tərəfindən fitə basıldı, hətda bununla sakitləşməyən şovinist ermənilər Azərbaycan bayrağına hücum etdilər. Bayrağımızı daşıyan şəxsin əlindən alan ermənilərdən biri mühafizənin müdaxiləsinə baxmayaraq üç rəngli müqəddəs bayrağımızı qaçıraraq yandırdı, əlbəttə ki, erməni dığaları bu alçaq və şərəfsiz addımları ilə bir daha erməni xislətini və əsl iç üzlərini beynəlxalq ictimaiyyətə göstərmiş oldular.
Bir söz var, deyirlər İdmanı siyasətə qatmaq olmaz. Xeyr! Mən bu sözlə razılaşmıram! Modern dünyada idman da siyasətin bir parçasıdır.
O qeyd edib ki, “modern dünyada idman da siyasətin bir parçasıdır! Cabbarlı əlavə edib ki, erməni vandalları döyüş meydanında igidlərimizin qabağından qaçdıqları kimi, idman arenalarında da hərzaman olduğu kimi yenilməyə məhkumdurlar. Bu gün biz bir daha idman arenasında şahid olduq ki, erməni dığaları nə qədər aciz, çarəsiz zavallıdırlar. Döyüş meydanlarında biabırçı məğlubiyyətə düçar olanlar, idman arenalarında xaincə planları ilə guya bir igidlik göstərirmiş kimi, alçaq və rəzil duruma düşdülər.”
Dünya çempionu onu da vurğulayıb ki, “bu gün Ermənistan Dünya Ağırlıq qaldırma federasiyasının qarşısında öhdəlik götürdüyü güvənliyi belə normal mühafizə edə bilməyəcəyini nə qədər zəif və biçarə dövlət olduğunu göstərdi. Hər birimizin yadındadır ki , 2015 ci ildə Avropa oyunları zamanı Ukraina millisinin adından çıxış edən erməni idmançı fəxri kürsüyə çəxarkən, Cənab Prezidentimiz İlham Əliyevin, bir əl işarəsi ilə, bütün idman sevərlər səssizcə dayanaraq Cənab Prezidentin erməni idmançıya medal verməsini necə alqışlamışdılar. Bax budur bizim Millətimiz, budur bizim Xalqımız. Biz düşməni yalnız cəng meydanında əzib keçərik. Ermənidən fərqli olaraq uşaq qatili, yaşlılara və qadınlara güllə atan, gücümüz çatmayanda dinc əhaliyə bomba yağdıran mənfur millət deyilik.”
“Allah Millətimizi, Dövlətimiz Ali baş komandan olmaqla bütün əsgər və zabitlərimizi qorusun.
İrəli, Cəhbədədə idmandada və bütün sahələrdə yalnız və yalnız irəli Azərbaycan!