Sudanda təxliyə prosesini həyata keçirən Türkiyənin C-130 təyyarəsinə atəş açılıb.
Belə ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hücum yüngül silahlarla həyata keçirilib.
Məlumata görə, şəxsi heyət arasında ölən və yaralanan yoxdur.
Xatırladaq ki, Sudanda silahlı qüvvələr ilə Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş qrupu arasında qarşıdurmalar yaşanır.
Qeyd edək ki, təxliyə təyyarəsi missiyasını uğurla başa çatdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.