Bugün İranda Sistan və Bəlucistan vilayətinin Səravan şəhəri kəşfiyyat polisinin rəisi mayor Əlirza Şahraki naməlum şəxslər tərəfindən öldürülüb.
İran mətbuatı bildirir ki, bu barədə şəhərin başçısı bildirib.
Məlumata görə, səhər saatlarında avtomobilə atəş açılan zaman rəisin yanında onun həyat yoldaşı da olub. Qadının yaralandığı bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.