Rusiyanın Varşavadakı səfirliyindəki məktəbi Polşa hakimiyyətinin ələ keçirməsinə Moskva çox sərt cavab verəcək.
Belə ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rəsmi Varşavaya qarşı cavab olaraq müvafiq tədbirlər görüləcək. Cavab idarələrarası formatda qəbul edilib hazırlanacaq. İndi bu işə start verilib. Bu, onların seçimidir, biz cavab verəcəyik", - XİN nümayəndəsi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.