ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq problemlərin həlli və regionda davamlı sülhə nail olmaq üçün açardır.
Azadmedia.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə nail olmaq üçün danışıqlara kömək etmək üçün bu həftə Ermənistanın xarici işlər naziri Mirzoyan və Azərbaycanın xarici işlər naziri Bayramovu qəbul etməkdən məmnundur", - Patel Blinkenin Vaşinqtonda keçirilən görüşlərinə toxunaraq deyib.
Onun sözlərinə görə, baş koordinator Luis Bono da bu məsələ üzərində fəal işləyir. "Və bu, bundan sonra da yaxından diqqət yetirəcəyimiz bir şeydir. Biz inanırıq ki, bu iki ölkə arasında sülh mümkündür və biz onları alqışlamaqdan məmnunuq", - Patel yekunlaşdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.