AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüseynqulu Bağırov prezidentə qarşı

  • + A
  • - A
  • 15-12-2016, 12:20

    Hüseynqulu Bağırov prezidentə qarşı



















    Yaxud nazirin “Orman”da qopardığı fırtınanın gerçək tarixçəsi

    Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanda sahibkarlığın inkişafı və sahibkarlara dövlət qayğısı qırmızı xətlə keçir. İlham Əliyev dəfələrlə bəyan edib ki, sahibkarların fəaliyyətinə süni maneələr yaradan məmurlar cəzasız qalmayacaq. Lakin deyəsən, bəzi məmurlar ya ölkə başçısı bu açıqlamaları verəndə diqqətlə dinləməyiblər, ya da toxunulmaz olduqlarını zənn edirlər.

    Belə məmurlardan biri də Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovdur. Realliq.info xəbər verir ki, 2016-cı il sentyabrın 29-da nazirin göstərişi ilə Quba rayonunda uxun illərdir fəaliyyət göstərən “Orman” mövsümi istirahət mərkəzi heç bir əsas olmadan yerlə-yeksan edilib. Hər halda istirahət mərkəzinin sahibi, Bakı sakini, uzun illər səhiyyə sistemində işləmiş, hazırda təqaüddə, BMT-nin Azərbaycanda xoşməramlı səfiri statusun daşıyan Abbas Zeynalov məsələ ilə bağlı müvafiq qurumlara ünvanladığı ərizələrdə obyektin 30 ildən çoxdur ki, fəaliyyət göstərdiyini bildirir. Bu vaxta qədər obyektlə bağlı hər hansı problem çıxmayıb. Digər tərəfdən obyekt yerlə-yeksan edilərkən məlum olub ki, heç bir məhkəmə qərarı yoxdur.

    Sentyabrın 29-da özünü Ekologiya və Təbii Sərvətlər Hazirliyinin hüquqşünası kimi təqdim edən Malik adlı şəxs, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Mustafa adlı rəisi özlərilə gətirdikləri 40 nəfərə yaxın adam və texnika ilə “Orman”da fırtına qoparıblar. Abbas Zeynalov baş verənlərin səbəbini soruşduqda ona bildirilib ki, bu, birbaşa nazir Hüseynqulu Bağırovun göstərişidir. Bu dəfə sahibkar onlarda söküntüylə bağlı hər hansı sənədin olmadığını, Azərbaycan qanunverciliyini xatırladıb.

    Onlar bildiriblər ki, qanun da, məhkəmə də, polis də, prokuror da bizik, heç kimdən qorxmuruq. “Orman” viran edənlər bu qorxmazlıqlarını Hüseynqulu Bağırovun himayədarlığı ilə izah ediblər.

    Abbas Zeynalov bu dəfə Hüseynqulu Bağırovun adamlarına prezidentin çıxışlarını, sahibkarlıq fəaliyyətilə bağlı verdiyi mütərəqqi sərəncamlarını xatırladıb. Yenə nəticəsi olmayıb. Onlar bildiriblər ki, Hüseynqulu Bağırovdan başqa heç kimi tanımırlar.

    Əlavə ediblər ki, Hüseynqulu Bağırov lazımi yerlərə zəng vuraraq onlara toxunmamağı tapşırıb. Sahibkar bu dəfə DİN-in “102 xidməti”nə zəng vurub. Az sonra Quba rayon Polis Şöbəsinin rəisi müavini və bir neçə polis əməkdaşı hadisə yerinə gəlib. Lakin polislər də Hüseynqulu Bağırovun adamlarının qarşısını ala bilməyiblər. Onlar eyhamla Abbas Zeynalova tapşırığın “yuxarıdan” gəldiyini bildiriblər. Bütün bunlara baxmayaraq, Abbas Zeynalov obyektin qanunsuz sökülməsinə haqlı etirazını davam etdirib. Hüseynqulu Bağırovun adamları isə buna cavab olaraq tarktoru sahibkarın üstünə sürərək ona xəsarət yetiriblər.

    Huşunu itirən Abbas Zeynalov Təcili Tibbi Yardımla xəstəxanaya yerləşdirilib. Sahibkar xəsarət alması ilə yanaşı həmin hadisə zamanı ciddi sarsıntı keçirib və hazırda bununla bağlı müalicə olunur. Amma təəssüf ki, bütün bunlarla bağlı heç bir hüquqi tədbir görülməyib.

    Abbas Zeynalov dəfələrlə baş verənlərlə bağlı müvafiq qurumlara müraciət etsə də, nəticəsi yoxdur. Hadisənin kökündə isə qisas dayanır…

    – Hüseynqulu Bağırov Abbas Zeynalovdan niyə qisa alıb?
    – Nazir sahibkarı prezidentin adı ilə necə aldadıb?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR