Gələn həftə Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş ehtimalı müzakirə olunur. Azadmedia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, “müəyyən planlar” müzakirə edilir, lakin “özümüzdən qabağa getməməyə” çağırılır.
"Bu müzakirə yekunlaşan kimi biz müvafiq açıqlama verəcəyik. Hələlik bunu tez hesab edirik", - Peskov bildirib.
Bundan əvvəl Paşinyan gələn həftə Moskvaya səfər edəcəyini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.