AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Füzuli yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

  • + A
  • - A
  • 6-05-2023, 03:38

    Prezident İlham Əliyev Füzuli yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri Sadıq Sadıqov bildirib ki, Füzulidə yaşayış kompleksinin tikintisi 2023-cü ilin sonunadək başa çatdırılacaq.

    “Hazırda kompleksin tikintisi sürətlə və yüksək keyfiyyətlə davam edir. Tikinti işlərinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır”, - Sadıqov Azərbaycan Prezidentinə bildirib.

    Dövlət başçısının saytında yer alan məlumatda qeyd olunduğu kimi, Sadıqov ümumi sahəsi 8,9 hektar olan yaşayış kompleksinə 38 evin daxil olduğunu vurğulayıb. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq: onlardan 318-i iki otaqlı, 430-u üçotaqlı, 98-i isə dördotaqlı olacaq. İki otaqlı mənzillərin sahəsi 54-68, üçotaqlılar 71-109, dördotaqlılar 92-108 kvadratmetr təşkil edəcək.

    Kompleksdə bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz, işıq sayğacları ilə təmin olunacaq. Bütün binalarda liftlər quraşdırılacaq, istilik mərkəzləşdirilmiş qazanxana vasitəsilə təmin ediləcək.

    Yaşayış kompleksinin ərazisində yaşayış binaları ilə yanaşı, park, sosial obyektlər, yeraltı və yerüstü avtomobil dayanacaqları, istirahət guşələri, uşaq və idman meydançaları da yaradılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR