AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkədə təbii fəlakətdən 394 nəfər öldü - SON DƏQİQƏ

  • + A
  • - A
  • 7-05-2023, 21:05

    Bu ölkədə təbii fəlakətdən 394 nəfər öldü -




    Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu əyalətində üç gün əvvəl yağan güclü yağış və daşqın nəticəsində torpaq sürüşmələri baş verib, ən azı 394 nəfər ölüb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Kalehe rayonu administrasiyasının əməkdaşı Tomas Bakenqa məlumat verib.

    Belə ki, “Buşu və Nyamukubi kəndlərində müvafiq olaraq 142 və 132 cəsəd tapılıb, daha 120 cəsəd Kivu gölündən çıxarılıb", - o bildirib.

    Bildirilir ki, Konqonun “Okapi” radiostansiyası isə bildirib ki, mayın 4-də axşam saatlarında Cənubi Kivu əyalətinin bir neçə bölgəsində güclü yağışlar yağıb. Ən böyük dağıntı Buşuşu və Nyamukubidə qeydə alınıb, burada daşan çaylar 500-dən çox evin uçmasına səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR