Financial Times bu gün yazıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu bazar günü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin köməyi ilə Brüsseldə danışıqlar aparacaq. Azadmedia.az mənbəyə istinadən yazır ki, gözlənilən mümkün görüş ABŞ danışıqlarının nəticələrindən sonra "vacib irəliləyiş əlamətidir" və "AB ilə ABŞ-ın səyləri bir-birini tamamlayır". Həmçinin nəşrin məlumatına görə, Əliyev, Paşinyan və Mişel iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla görüş keçirməyi planlaşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.