AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanda İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında baş verən toqquşmalarda 1750 nəfər xəsarət alıb - SON DƏQİQƏ

  • + A
  • - A
  • 11-05-2023, 16:30


    Pakistanda İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında baş verən toqquşmalarda 1750 nəfər xəsarət alıb -


    Pakistanda sabiq Baş nazir İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Bildirilib ki, ölənlərin hamısı mülki vətəndaşlardır, xəsarət alanların arasında isə həm mülki şəxslər, həmçinin polislər var.

    Qeyd edək ki, İmran Xan 9 may tarixində İslamabadda həbs edilib və bunun ardınca tərəfdarları etiraz aksiyalarına başlayıblar. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus fonddan çirkli pulların yuyulması üçün istifadə edilməsində ittiham olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR