Britaniyada yaşayan mühacir iranlılar Londonda İran hökumətinə qarşı etiraz aksiyası keçiriblər.
Azadmedia.az xəbər verir ki, aksiya mayın 11-də Britaniya Xarici İşlər Nazirliyinin binası qarşısında baş tutub.
Belə ki, XİN qarşısına toplaşan iranlılar Tehran rejiminin narazı vətəndaşlara qarşı repressiyalarını pisləyib, artan edam saylarına görə etirazlarını bildiriblər.
Qeyd edək ki, onlar Londondan SEPAH-ın terrorçu qruplaşmalar siyahısına salınması ilə bağlı tutarlı addımlar atmasını tələb ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.