AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya avropa çempionu, Neftçi PFK - nın keçmiş İdman direktoru və hüquq məsləhətçisi Güloğlan Cabbarlı - “Futbol sadəcə idman deyil, o, həm də həyatın özüdür” - ÖZƏL

  • + A
  • - A
  • 12-05-2023, 17:47

    Dünya avropa çempionu, Neftçi PFK - nın keçmiş İdman direktoru və hüquq məsləhətçisi Güloğlan Cabbarlı - “Futbol sadəcə idman deyil, o, həm də həyatın özüdür” -

    Dünya avropa çempionu, Neftçi PFK - nın keçmiş İdman direktoru və hüquq məsləhətçisi Güloğlan Cabbarlı


      “İdman dövlətin böyük bir qüvvəsidir və cəmiyyətin həyatında böyük rol oynayır, belə ki, idman; həyat və sağlamlıqdır. Bəli, deyildiyi kimi - “Sağlam bədəndə sağlam ruh olar.” Belə ki, idman, insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. Həmçinin idman insanda dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini ən ali dərəcədə yüksəldir. Sözsüz ki, idman insanı təkcə fiziki cəhətdən deyil, həmçinin ruhi cəhətdən də tərbiyələndirir. İdmanla hər daim məşğul olan millət - həm fiziki, həm zehni, həm də mənəvi cəhətdən sağlam bir millət olur. Elə öz qəhrəman Azərbaycan xalqımız kimi.
    Məhz bütün yuxarıda saydıqlarımla əlaqədar olaraq, ölkə başçımız da başda olmaqla, dövlətimiz idmanın inkişafını xüsusi prioritet sayır və bu istiqamətdə hər daima böyük uğurlu layihələr həyata keçirir.

    Məlumdur ki, idmanın bir sıra növü var. Bugün diqqətinizi ölkəmizdə inkişaf etməkdə olan, eyni zamanda, cəmiyyətimizin bütün kəsimləri tərəfindən hər zaman sevimli idman növü kimi tanınan futbola çəkmək istərdim. Hər birimiz şahidik ki, respublikamızda idmanla, xüsusilə futbolla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Qeyd etmək istərdim ki, hər il müasir idman avadanlığı ilə təchiz edilən və dünya standartlarına uyğun idman kompleksləri, yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərimizin ixtiyarına verilir, istər paytaxtda və istərsə də bölgələrdə.
    Ancaq bu qədər əməyi qarşılıqsız qoymaq olmaz. Məsələn Neftçi futbol komandası.. Bu komanda əgər cəhd etsə, hər il bir öncəki ildən daha üstün nəticələr əldə edə bilər. Lakin görünən odur ki, Neftçi 13-14 xal geridə qalır. Beləliklə çəkilən zəhmət və əmək qarşılıqsız qalır. Doğrudur, hər il futbol idman sahəsində müəyyən nailiyyətlər əldə olunur, lakin bir dünya çempionu olaraq qətiyyətlə vurğulamaq istərdim ki, bütün bunlar qənaətbəxş deyil. Neftçi istərsə, ölkəmizi futbol sahəsində lider ölkələr səviyyəsinə qaldıra bilər. Ancaq təəssüflər olsun ki, son illərdə azərkeş olaraq gözlədiyimiz uğurlu nəticələri görə bilmirik.

    “Neftçi” avrokuboklar tarixində ən böyük uğuruna 2012/2013 mövsümündə imza atıb.
    Daha sonra Avropa Liqasında 2020/2021 mövsümünün qrupa qədərki mərhələləri bütün dünyada yayılan COVİD-19 pandemiyası səbəbindən bir oyundan ibarət olub. Püşkün nəticəsinə görə “Neftçi” birinci təsnifat mərhələsindəki rəqibi “Şkupi” ilə evdə qarşılaşıb və “Bakcell Arena”da 2:1 hesabı ilə qalib gəlib. Püşk ikinci mərhələdə komandamızı Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gətirib. Yenə evdə – bu dəfə Bakı Olimpiya Stadionunda meydana çıxan “ağ-qaralar” qardaş ölkənin nəhəng klubuna uduzaraq (1:3) mübarizəni dayandırıb.
    Çempionlar Liqası ilə vidalaşandan sonra 2021/2022 mövsümünü Avropa Liqasında davam etdirən “Neftçi” üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşıb. “Bakcell Arena”da 2:2 hesablı heç-heçədən sonra 0:3 hesablı səfər məğlubiyyəti komandamızı Konfrans Liqasına “yollayıb”.
    Ümumilikdə isə “Neftçi” Avropa Liqasında 42 oyun keçirib. Bunlardan 13-də qələbə qazanan komandamız 18 dəfə məğlub olub. 11 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi 56-62 olub.

    Bəli, azərkeşlərin ümidi böyük olsa da, Neftçi bu ümidi tam şəkildə doğrultmayıb. Ümid edirik li, bundan sonrakı dönəmlərdə Neftçi komandası böyük uğurlara imza atar və biz azərkeşləri hər zaman sevindirər.

    Ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin hər zaman mötəbər idman tədbirlərində çıxışında da qeyd etdiyi kimi, “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR