AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçay səhiyyəsi necə iflic duruma düşüb - İTTİHAM VAR

  • + A
  • - A
  • 1-02-2017, 13:40

    Göyçay səhiyyəsi haqqında ölkə kiv-lərində uzun illərdir ki,dayanmadan silsilə yazılar dərc edilir.Burada baş verən qanunsuzluqlar,pasiyentlərin hüquqlarının pozulması halları heç bir dövlər qurumunu narahat etmir.Rayon səhiyyəsini bürümüş rüşvət çirkabı bütün insanlara olmazın əzablar yaşatdırır.Rayon mərkəzi xəstəxanasının baş həkimi biznesmen Famil Zeynalovun basmaçıları insanlardan istədikləri məbləğləri almamış onlara heç bir tibbi xidmət göstərmirlər.Açıqca bazar qaydaları hökm sürən Göyçay xəstəxanasının bu əməlləri hüquq-mühafizə orqanlarının yerli şöbələri tərəfindən ört-basdır edilərək onlara yaşıl işıq yandırılır.Niyəsi məlumdur.Göyçay rayon səhiyyəsi başda icra hakimiyyətinin başçısı,humanitar məsələlər şöbəsinin müdiri,rayon prokuroru,polis rəisi,DTX-nın rəisi və sairlərin yeyinti yeridir.Buna görə də Famil Zeynalov və onun cibəgirənləri haqqında ölçü götürülmür.Rüşvət silsiləsindən növbəti videonu Kend.info-ya göndərən Göyçay rayonu Qaraməryəm kənd sakini Səbuhi Quliyevin söylədiklərini dəyərli izləyicilərimizə təqdim edirik.

    ***

    Mən Səbuhi Quliyev Göyçay rayonu Qaraməryəm kənd sakiniyəm.28 sentyabr 2016-cı il tarixində qardaşım Akif Quliyev Göyçayda mərkəzi bazarın qarşısında,piyada keçidin üzərində şəxsi avtomobilini saxladığı zaman,arxa tərəfdən yüksək sürətlə hərəkətdə olan vaz 2107 markalı avtomobil,qardaşımın avtomobilini vuraraq qəza törətmişdir.Zərbə nəticəsində qardaşımın sinəsi sıxıldığı üçün möhkəm əzilmişdir.Buna görə biz onu rentgen müayinəsindən keçirmək üçün rayon mərkəzi xəstəxanasına apardıq.Xəstəxanada rentgen həkimi dirəşdi ki,qiymət on (10) manatdır.Mən ona dəfələrlə desəm də ki,bura dövlət xəstəxanasıdır,xeyri olmadı.Cavabı bu oldu ki,burada dövlət də mənəm,hökumət də.Bizim xəstəmiz var idi.Əlacımız olmadığı üçün məcburiyyət qarşısında qalıb onun dediklərinin qismən də olsa video görüntüsünü gizli olaraq lentə aldım.Üzərimdə cəmisi altı 6 manat pul var idi.Hardan biləydik ki,başımıza belə iş gələcək?Uzun sözün qısası,cibimdəki pulu çıxardıb həkimə dedim ki,olanım budur.Dedi ki,onda səkkiz 8 manat ver.Dedim ki,olanım budur,götür beş 5 manat sənin,1 manat da yol pulum qalsın.Həkim gördü ki,cibimdə olanım cəmisi altı 6 manatdır,onu alaraq qardaşımı müayinə etdi.İnanırsınız bir manatı vermədi,olan pulun hamısını aldı.Bütün bunlar videoda əksini tapıb.

    ***

    Mən bu videonu nazir Oqtay Şirəliyevin diqqətinə çatdırmaq istəyirəm.Buyurun.Baxın belə çəkilişlər yüzlərlədir.Nəhayət,cənab prezident,sizin Göyçaya təyin etdiyiniz icra başçılarınız və hazırkı icra başçısı da daxil olmaqla,sizi aldadırlar.Onlar dövlət siyasətini deyil,şəxsi bizneslərini inkişaf elətdirirlər.Azərbaycanda səhiyyənin məhv olduğu göz önündədir.
    Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR