AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda baş redaktor güllələnərək öldürüldü - SON DƏQİQƏ

  • + A
  • - A
  • 13-05-2023, 13:36

    İranda baş redaktor güllələnərək öldürüldü -



    İranın Xuzistan əyalətinin İzə şəhərində "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.

    Azadmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

    Belə ki, hadisə mayın 12-i gecə saatlarında baş verib.

    Bildirilir ki, İzə şəhərinin kafelərindən birində olan baş redaktor silahlı şəxsin hücumuna məruz qalıb. Əkbər Limonçu və onunla birlikdə olan bir neçə yaxını güllələnib.

    Xəstəxanaya çatdırlan Ə.Limonçunun orada keçindiyi, yaxınlarının isə xəstəxanada müalicə aldığı qeyd olunur.

    Qeyd edək ki, silahlı hücumun təfərrüatı açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR