Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Azadmedia.az-a verilən məlumata görə, idxalatçı şirkət “Amotrade” MMC-nin müraciəti əsasında götürülmüş nümunələrin müayinələri nəticəsində Türkiyədən idxal olunan 15 min 150 kiloqram portağal məhsulunda karantin tətbiq olunan zərərli orqanizm - “Sitrus tristeza virusu” aşkarlanıb.
Qeyd edək ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq, zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, Təhlükəli tullantılar MMC-yə məxsus poliqonda məhvetmə tədbiri həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.