Birləşmiş Millətlər Təşkilatı 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar müraciət yayıb.
Azadmedia.az xəbər verir ki, BMT-nin yaydığı müraciətdə qeyd olunur:
Qeyd edilib ki, “2022-ci ilin sonunda dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən “insan inkişafında mərhələ” kimi səciyyələndirilən bu əlamətdar hadisə insan ömrünü uzadan sağlamlıq sahəsində böyük irəliləyişləri nümayiş etdirir. Əhali artımı azalan sürətlə də olsa davam etməlidir. Dünya əhalisinin sayının 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, eyni zamanda, davamlı urbanizasiya perspektivləri və iqlim dəyişikliyinin idarə olunması ilə bağlı narahatlıqlar da artır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.