AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyaya silah sifariş edilib, lakin... - Ermənistan XİN

  • + A
  • - A
  • 16-05-2023, 14:02

    Rusiyaya silah sifariş edilib, lakin... -


    Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyaya silah sifariş etdikləri, hətta pulunu ödədikləri, ancaq silahların tədarük edilmədiyini deməsi erməni mediasına gündəmə çevrilib.

    Belə ki, mövzu ilə bağlı Ermənistanın XİN rəhbərinin müavini Mnatsakan Səfəryan danışıb.

    Həmçinin o bildirib ki, həqiqətən də Rusiyadan sifariş edilən silahlar tədarük edilməyib:

    “İşlər gedir, biz danışıqları davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur”.

    Səfəryan iddia edib ki, alınacaq silahların pulu ödənilib.

    Qeyd edək ki, “Rusiyada silah probleminə görə Ermənistana sursat tədarük edilmir, yoxsa Rusiya hakimiyyətinin siyasi qərarı var” sualına Səfəryandan “Deyə bilmərəm” cavabı verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR