İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində növbəti etiraz aksiyaları başlayıb.
Azadmedia.az xəbər verir ki, günorta saatlarında cümə namazından sonra başlayan ilk aksiya əyalətin Dezap şəhərində keçirilib.
Belə ki, "Xamenei utan, məmləkəti burax" şüarları səsləndirən etnik bəluclar şəhərin mərkəzi küçələrinə axışıblar.
Qeyd edək ki, nümayişçilər son həftələr edamların artmasına və din xadimi Mövlanə Nəqşbəndiyə qarşı təzyiqlərə etiraz ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.