Ötən sutka ərzində 10-a yaxın PUA Bryansk vilayətinin Klimovski rayonuna hücum edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat verib.
Belə ki, “Bütün hücumlar itkisiz və dağıntısız ötüşüb”, - deyə o bildirib.
Həmçinin onun sözlərinə görə, PUA-ların bir hissəsi Klimovski rayonunun Kurşanoviçi kəndi yaxınlığında düşüb:
“Pilotsuz təyyarələrin bəziləri vurulub, bəziləri isə elektron sistemlərlə məhv edilib”.
Qeyd edək ki, bu gün səhər saatlarında Belqorod vilayətində atəş açıldığı, nəticədə ölənlərin olduğu bildirilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.