Bu gün Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Avropa Siyasi Birliyinin 2-ci Sammiti çərçivəsində müzakirələr aparıla bilər.
İki ölkə liderlərinin görüşü Avropa Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev mayın 31-də Moldovaya səfərə gəlib. Dövlətimizin başçısı Moldova Prezidenti Maya Sandu və Baş nazir Dorin Reçean ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.