Rusiyanın Ulyanovsk vilayətinin İnza şəhərində hərbi komissarlıq binasının yandırılmasına cəhd edilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı qadın komissarlığa gələrək özü ilə gətirdiyi yandırıcı məhlulu foyeyə tökərək binanı yandırmağa cəhd göstərib.
Belə ki, obyekti mühafizə edən polis əməkdaşı onun bu cəhdinin qarşını alıb, alovun daha güclənməsinə imkan verməyib.
Qadın isə hadisəni törətdikdən sonra ərazidən qaçıb, lakin o, polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisənin motivləri bəlli deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.