İki PUA Rusiyanın Smolensk vilayətində yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib.
Azadmedia.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Vasili Anoxin deyib.
Belə ki, “Bu gün saat 3 radələrində Poçinkovski rayonunun Peresna kəndində və Smolensk rayonunun Divası kəndində iki uzaqmənzilli PUA yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib. Ölən və xəsarət alan olmayıb”, - deyə o bildirib.
Qeyd olunur ki, obyektlərdə kritik dağıntılar və yanğınlar yoxdur. Fəsadların aradan qaldırılması üçün rayonun əməliyyat xidmətləri yerində işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.