AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Patriots Awards” mükafatı sahiblərinə verildi - FOTOLAR

  • + A
  • - A
  • 2-06-2023, 18:07

    “Patriots Awards” mükafatı sahiblərinə verildi -

    Bakı, 2 iyun — Azadmedia.az

    “Əbədi Birlik” GİB sədri Şahin Əliyev “Patriots Awards” mükafatına layiq görüldü.

    30 May tarixində Ay işığı restoranında Rəvan Zeynalovun rəhbərlik etdiyi "Number One Production"ın təşkilatçılığı, "Number One Production"un direktor müavinləri Vəfa İzzətli və Nahid Əhmədovun, F-Holding MMC şirkətinin Baş Sponsorluğu, Milan Hospitalın Xüsusi Sponsorluğu ilə "Patriotic Awards" və 50 aztəminatlı ailənin övladları, şəhid və qazi övladları, fiziki məhdudiyyəti olan uşaqların kiçik toyu təşkil olunub.

    Tədbirdə fəxri qonaq kimi şəhid ailələri, qazilər,Ulu Öndər Heydər Əliyevin dayısı qızı Zərifə Quliyeva,millət vəkilləri Jalə Əhmədova, Razi Nurullayev, Ceyhun Məmmədov, Könül Nurullayeva, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri, Qlobal sülh səfiri Şahin Əliyev, "BİG GROUP" MMC-nin rəhbəri Emil Əkbərov, xalq artistləri Xuraman Qasımova, Möhlət Müslümov, Gülyaz Məmmədova, Məleykə Əsədova, Əməkdar artistlər Firuzə İbadova, Nahidə Orucova,Səlim Abbasov, Kifayət Gəncəli, Rəhilə Bəndəliyeva, Raziyə Şirinova, müğənnilər Damla,Manaf Ağayev, Nüşabə Musayeva, Gülzar Hacıyeva, Rövşən Civişov, əməkdar idman ustası Aynur Məmmədova və iş adamları iştirak ediblər.

    Qeyd edək ki, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təsisçisi və sədri, Qlobal sülh səfiri Şahin Əliyev “Patriots Awards” mükafatına layiq görülüb, mükafata layiq görülən şəxslər 50 şəhid və qazi övladlarının və aztəminatlı ailələrin övladlarının sünnətinə və kiçik toyuna vəsilə olublar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR