Ukrayna Prezidenti Vladimir Zelenski Kaxovka Su Elektrik Stansiyasındakı (SES) partlayışa görə təcili iclas çağırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov məlumat verib.
Belə ki, “Vladimir Zelenski Kaxovka su anbarının bəndinin partlaması ilə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib”, - deyə Danilov qeyd edib.
Həmçinin Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.