AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AB missiyası bu ölkədə yeni əməliyyat mərkəzləri açacaq - Markus Ritter

  • + A
  • - A
  • 7-06-2023, 15:09


    AB missiyası bu ölkədə yeni əməliyyat mərkəzləri açacaq -


    AB missiyası Cermuk və İcevanda yeni əməliyyat mərkəzləri açacaq.

    Azadmedia.az xəbər verir ki, bunu AB-nin Ermənistandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Markus Ritter deyib.

    Belə ki, “Həmin missiya yaxın aylarda Cermuk, İcevan və Yeğeqnadzorda (Keşişkənd) üç əlavə əməliyyat mərkəzi açmağı və yaxın gələcəkdə tədricən tam hazır vəziyyətə gətirməyi planlaşdırır”, - o bildirib.

    Həm də, onun sözlərinə görə, işə başlayandan ilk üç ay ərzində missiya Gorus, Cermuk və Göyçədəki Aşağı Qaranlıq mərkəzlərindən ümumilikdə 300-dən çox patrul xidməti həyata keçirib:

    Qeyd edək ki, “Patrullar hər həftə 3800 km-dən çox məsafə qət edirlər. Məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərdə təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Vəziyyətin müəyyən qədər sabitləşməsinə töhfə verilib. Bununla belə, vəziyyət hələ də qeyri-sabitdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR