Danışıqlar nəticəsində 94-ə yaxın rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Onlar müalicə və reabilitasiya üçün tibb müəssisələrinə çatdırılacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, "İyunun 11-də danışıqlar prosesi nəticəsində əsirlikdə ölüm təhlükəsi ilə üzləşmiş 94 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, - deyə məlumatda deyilir.
Qeyd edək ki, Rusiya əsirliyində olan Ukrayna Silahlı Qüvvələrinin 95 döyüşçüsü də qarşı tərəfə qaytarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.