AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin

  • + A
  • - A
  • 21-06-2023, 08:49

    Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin


    Qoç - günün ilk yarısı nisbətən uğurlu və əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə verəcək. Alış-veriş və sövdələşmələr, anlaşmalar üçün münasib zamandır.

    Lakin saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Əhvalınız pisləşməsin. Qıcıqlı və hirsli olmayın, səbrsizlik etməyin. Kəmhövsələlik edərək təxribatlara uymayın. Ən adi zarafatdan inciməyin. Münaqişə və mübahisələr riski böyükdür.

    Buğa - müsbət dəyişikliklər vəd edən əlverişli gündür. Bir zamanlar yardım etdiyiniz insanları indi işlərinizə cəlb etsəniz, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz.

    Yeni münasibətlər xoş hisslər bəxş edəcək.

    Emosional fon pis deyil. Əhvalınız yaxşı olacaq. Yaranan suallara cavabları sürətlə tapın. Yaşam təcrübəniz və intuisiya sizə yardımçı olacaq. Maliyyə məsələlərinin həlli, anlaşmalar və sövdələşmələr, ev üçün zəruri nəsnələrin alınması üçün münasib zamandır.

    Əkizlər - tələskənliyə yol verməyin. Mənfi təmayüllərin təsiri artır. Bu səbəbdən də planlaşdırılan işləri vaxtında başa vurmaq, işlə bağlı danışıq və müzakirələrdə arzuolunan nəticəyə çatmaq çətindir. Maliyyə çətinlikləri istisna deyil. Ödəniş və gəlirlərdə gecikmələr ola bilər.

    Günün ikinci yarısında uğurlar, şəxsi münasibətlərdə dəyişikliklər olacaq. Səfər pis olmayacaq. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

    Səhhətinizdə problemlər yaranmayacaq.

    Xərçəng - təbəddülatlı, qarışıq gündür. Çətinliklər olacaq, amma onların öhdəsindən gələcəksiniz. Qətiyyətli olun, iradəli davranın. Zəiflik və nöqsanlarınızın əsiri olmayaraq səylə çalışın, qüvvənizi əsirgəməyin. Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Yeni tərəfdaşlarla əməkdaşlıq asan olmasa da, yaxşı nəticələr verəcək.

    Şəxsi həyatınızdakı dəyişikliklər yalnız sizin təşəbbüsünüzdən sonra yaşana bilər. Fəaliyyətə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin. Hədəf və məqsədlərin dəqiqləşdirilməsi sizi izafi əməkdən, çətinliklərdən xilas edər.

    Şir - uğursuz gündür. Heç nə istədiyiniz kimi alınmır. Əsla gözləmədiyiniz yerdə və zamanda belə, problemlər yaranır. İşdə həmkarlar və rəhbərliklə mübahisələr istisna deyil. Ən əlverişsiz vaxtda problemlər, münaqişəli situasiyalar yaranır. Mühüm və aktual saydığınız işlə məşğul ola bilmirsiniz.

    Yaxınlarınızla dil tapmaq da asan deyil. Onlar nöqsan və zəifliklərinizlə barışmaq istəmirlər. Bu adamların tənqidlərinin yalnız bir qismi konstruktivdir. Nəzərdə tutulmamış xərclər ola bilər. Alış-verişdə bədxərclik etməyin.

    Qız - planlar böyük, genişmiqyaslıdır. Lakin onların hamısını nəzərdə tutulan formada və intensivlikdə həyata keçirmək mümkün deyil. Etibar etdiyiniz isanların məsləhətlərinə, təcrübəli dostların dediklərinə qulaq asın. Başqalarının yaşam təcrübəsindən bəhrələnməkdən vaz keçməyin. Böyük məbləğdə xərc və ya sərmayə tələb edən işləri təxirə salın.

    Yalan danışmayın, sizə inanan insanları aldatmayın. Həqiqət az sonra faş olacaq və özünüzü çox naqolay hiss edəcəksiniz.

    Sizə də yalan danışılanda bunu hiss edin. Bədxahlar və ya rəqiblərin toruna düşməyin.

    Tərəzi - səhər saatlarında ehtiyatlı olun. Müşkül, xoşagəlməz situasiyaya düşə bilərsiniz. Yaxşı tanımadığınız insanlara sirlərinizi etibar etməyin. Situasiyanı anlamağa çalışanda bütün nüansları nəzərə alın. Ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın.

    Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. Xoş sürprizlər, hədiyyələr istisna deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

    Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.


    Əqrəb - maliyyə çətinlikləri istisna deyil. İşdə mürəkkəb situasiya yaransa da, nüfuzlu insanlar sizin tərəfinizi tutacaq, ən çətin məsələlərin öhdəsindən gəlməyinizə yardım edəcəklər. İşgüzar səfərlər uğursuz alına bilər. Onları təxirə salmaq çətindirsə, yanınızda etibar etdiyiniz insanı, müttəfiqi aparın.

    Şəxsi münasibətlərdə hər şey yaxşıdır. Yaxınlarınızla dil tapın. Yeni tanışlarınızda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Təmir, interyerin yenilənməsi, köç və ya köçə hazırlıq üçün əlverişli zamandır.

    Oxatan - heç bir ciddi səbəb olmadan sinirlənməyin, təlaşa qapılmayın. İlk baxışdan işlər normaldır. Çalışın, bütün diqqəti həll olunması gərəkən problemlərə yönəldin. Hiss və həyəcanlar arxa plana keçməlidir.

    Əndişə yersizdir. Kiçik problemlər və cüzi çətinliklərin öhdəsindən gələ biləcəksiniz.

    Dostlarla müttəfiqlər sizə yardım edəcəklər. Axşam saatları gözlənilməz görüş və yeni tanışlıqlar zamanıdır. Ünsiyyətdə olduğunuz insanlar sizdə xoş hisslər yaratsa da, onlara inanmağa tələsməyin. Yeni tanışların hamısı etimada layiq insanlar deyil.

    Oğlaq - ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin. Adi günlərdən fərqli olaraq daha intensiv çalışın. İstirahət və əyləncəni təxirə salın. Ön planda iş olmalı, məqsəd və hədəflərə çatmalısınız. Ehtiyatlı, sərvaxt olun, yolunuzdan sapmayın.

    Ciddi romantik münasibətlərə başlamaq üçün münasib zaman deyil. Axşam saatlarını bələd olduğunuz insanlarla keçirin.

    Dolça - məhsuldar və maraqlı gündür. Vaxtınızı boş işlərə səf etməyin. Hər dəqiqədən maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Belədə rəqiblərlə müqayisədə daha yaxşı nəticələrə nail ola bilərsiniz. Uğurlarınıza paxıllıq edən olacaq. Amma rəqiblər və bədxahlar sizə mane ola bilməyəcəklər.

    Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Münaqişələr olmayacaq. Çoxdan bəri həllini gözləyən problemləri çözə bilərsiniz. Yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla həssas, qayğıkeş olun.

    Balıqlar - yaxın ətrafınızdakı insanlar sizə can atır. Köhnə dostlar özlərini xatırladacaqlar. Sınanmış işgüzar tərəfdaşlardan birinin təkliflərini müzakirə etmək mümkündür. İşlərinizdə süstlüyə və tənbəlliyə yol verməyin.

    Günlə bağlı planlarınız olsa da, çoxsaylı görüşlər və danışıqlar onları poza bilər. Ona görə də nə qədər çətin olsa da, "yox" deməyi bacarın.

    Yaşam potensialının səviyyəsi yüksəkdir. Lakin qida rasionunuza fikir verin. Kulinar eksperimentlər aparmayın, adi təamlarla kifayətlənin. Axşam saatlarındakı gəzinti yuxusuzluqdan qurtulmağa yardım edər.

    Milli.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR