AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Birliyinin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması planlaşdırılır - AB

  • + A
  • - A
  • 21-06-2023, 15:22


    Avropa Birliyinin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması planlaşdırılır -


    AB-nin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının 23 nəfər artırılması planlaşdırılır. Artıq vakansiyalar elan olunub.

    Azadmedia.az xəbər verir ki, bu barədə AB-nin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

    Belə ki, missiyanın yeni üzvlərinin Dərələyəzin İstisu (Cermuk), Keşişkənd (Yeqnadzor), Karvansaray (İcevan), Qafan və Azərbaycanın Xocavənd rayonunda fəaliyyət göstərməsi nəzərdə tutulub.

    Qeyd edək ki, missiya bu ilin aprel ayından Ermənistanda fəaliyyətə başlayıb. Hazırda şəxsi heyətin elan edilən rəsmi sayı 100 nəfərdir. Missiyanın özbaşına Azərbaycanın suveren ərazisi olan Xocavənd rayonunda fəaliyyət üçün vakansiya elan etməsi diqqətçəkən məqamdır
    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR