ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın baş naziri Denis Şmıqalla Ukraynanın yenidən qurulmasında özəl sektorun rolunu müzakirə edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
Belə ki, “Katib Blinken Birləşmiş Ştatların Ukraynanın iqtisadi dirçəlməsinə davamlı dəstəyini və Ukraynanın modernləşdirilməsi və yenidən qurulması üçün özəl sektorla işləmək öhdəliyini qeyd edib”.
Qeyd edək ki, Blinken və Şmıqal Ukrayna institutlarının gücləndirilməsinə yönəlmiş əməkdaşlığı da müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.